AZE | RUS | ENG |

“Üzüklərin hökmdarı” tele-serial olur

“Üzüklərin hökmdarı” tele-serial olur

Dünya ədəbiyyatında silsilələ romanlarla bağlı hansı siyahıya göz atırsınız atın, Tolkien bir klassik kimi sözünü deyir, hamısında "Üzüklərin hökmdarı” ("The lord of the rings”) fantastik silsiləsinin adı ilə qarşılaşacaqsınız. "Dünyanın ən çox satılan”, "Ən çox nəşr olunan”, "Ən çox oxunan”, "Ən çox gəlir gətirən” və s. silsilə romanları siyahısında ilk üçlükdə bu romanın adı mütləq var. Romanın təkcə çap forması yox, elə e-kitab və ekran versiyası da "ən uğurlu”lar arasındadır. Bəziləri bunu birbaşa adı ilə bağlayır, bəziləri isə Tolkienin klassik kimi ağır çəkisi ilə. Hollivudda ən çox izlənən silsilə fantastik film "Üzüklərin hökmdarı: Kralın qayıdışı”-nın dördüncü hissəsinin də kinoteatrlardan hesablanmış uğurla ayrılması film şirkətlərini yenidən bu romana köklənməyə vadar edib.

Bu dəfə isə məşhur silsilə "Amazon” tərəfindən maliyyələşdiriləcək serialın ssenarisi olacaq. Artıq şirkətdən verilən rəsmi açıqlamada hekayənin qlobal yayım hüququnun rəsmən satın alındığı və ssenari hazırlanması üçün ilkin mərhələnin start götürdüyü bildirilib. Cəmi bir il əvvəl isə "Netflix” eyni təkliflə çıxış etsə də, tərəflər maliyyə məsələsində razılığa gələ bilməmişdilər. Rəsmi açıqlamada çəkilişlərin də tezliklə başlayacağı qeyd olunub.

"Üzüklərin qardaşlığı” ("The fellowship of the ring”) adlı giriş romanla başlayan silsilənin çox yaxın zamanlarda ekran izləyiciləri ilə görüşəcəyi vəd edilir. "Amazon” rəsmiləri "Üzüklərin hökmdarı”-nın tele-serial versiyasının sevimli qəhrəmanların fərqli cəhətlərini və bəzi yeni əfsanələri də gün işığına qovuşduracağını açıqlayıblar.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000