Üzr istəsə, “Barselona” onu qaytara bilər
PSJ-nin
futbolçusu Neymar karyerasını yenidən İspaniyada davam etdirə bilər.
Kaspi.az xəbər
verir ki, "Barselona” braziliyalı futbolunu heyətə qaytarmağa hazırdır. Ancaq
bunun üçün klubun şərti var.
Neymar
"Barselona”ya qayıtmaq istəyirsə, 2017-ci ildə PSJ-yə xoş olmayan keçidinə görə
üzr istəməlidir.
Neymar PSJ-yə
222 milyon avro qarşılığında keçmişdi. Braziliyalı futbolçu Paris klubunda
çıxış etdiyi müddətdə, onun, PSJ-də xoşbəxt olmadığı, buna görə də "Barsa”ya
qayıtmaq istədiyi barədə bir neçə dəfə məlumat yayılıb.