Üzr istəsə, “Barselona” onu qaytara bilər

Üzr istəsə, “Barselona” onu qaytara bilər

İdman
18 İyun 2019, 13:30 231
PSJ-nin futbolçusu Neymar karyerasını yenidən İspaniyada davam etdirə bilər. 
 
Kaspi.az xəbər verir ki, "Barselona” braziliyalı futbolunu heyətə qaytarmağa hazırdır. Ancaq bunun üçün klubun şərti var. 
 
Neymar "Barselona”ya qayıtmaq istəyirsə, 2017-ci ildə PSJ-yə xoş olmayan keçidinə görə üzr istəməlidir. 
 
Neymar PSJ-yə 222 milyon avro qarşılığında keçmişdi. Braziliyalı futbolçu Paris klubunda çıxış etdiyi müddətdə, onun, PSJ-də xoşbəxt olmadığı, buna görə də "Barsa”ya qayıtmaq istədiyi barədə bir neçə dəfə məlumat yayılıb.