• çərşənbə, 24 Aprel, 06:45
  • Baku Bakı 13°C

Zorakılıqda ittiham edilən şəxsə ağır cəza verildi

28.11.18 12:45 521
Zorakılıqda ittiham edilən şəxsə ağır cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlılara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Paşayev 15 il azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, araşdırma zamanı məlum olub ki, A. Paşayev bu ilin iyun ayı ərzində metronun "Əhmədli” stansiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb. Saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.
İstintaqla müəyyən edilib ki, A.Paşayev 2017-ci ilin dekabr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Əsasən 10-15 yaş arasında olan qızları izləyən A.Paşayev binaların girişində mərtəbələr arasında yerləşən pilləkən sahələrində onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.
banner

Oxşar Xəbərlər