• cümə axşamı, 28 mart, 20:30
  • Baku Bakı 13°C

Zorakılığa məruz qalmış qadınlar üçün "Qaynar xətt"in yaradılmasına ehtiyac var

23.05.19 12:00 414
Zorakılığa məruz qalmış qadınlar üçün "Qaynar xətt"in yaradılmasına ehtiyac var
Zorakılığa məruz qalmış qadınlar üçün "Qaynar xətt"in yaradılmasına ehtiyac var.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib
O hesab edir ki, "Qaynar xətt"in yaradılması zorakılıq problemlərinin aradan qaldırılması üçün effektiv nəticə verəcək. Həmin şəxs "Qaynar xətt" vasitəsilə sığınacaq mərkəzləri və hüquqları ilə bağlı məlumat ala bilər.
A.Naxçıvanlı qeyd edib ki, məişət zorakılığı ilə bağlı qanunvericiliyimiz mükəmməl və beynəlxalq hüquq normalarına uyğundur:
"2014-cü ildə Avropa Şurasının qadınlara qarşı məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İstanbul Konvensiyası bütün Avropa və ondan kənarda zorakılığın qurbanı olan milyonlarla qadına güclü siqnal göndərir. Bu konvensiya islahat xarakteri daşıyır. Düşünürəm ki, ölkəmizin də bu konvensiyaya qoşulması mühüm addım olardı".
banner

Oxşar Xəbərlər