• cümə axşamı, 25 aprel, 16:56
  • Baku Bakı 23°C

Özləri aldıqları ianələrlə dəbdəbəli həyat sürür, başqalarını küçə yürüşünə çıxmağa vadar edirlər

22.10.19 13:45 545
Özləri aldıqları ianələrlə dəbdəbəli həyat sürür, başqalarını küçə yürüşünə çıxmağa vadar edirlər
Bir neçə gün bundan öncə Milli Şura adlandırılan qurumun üzvlərinin növbəti dəfə icazəsiz aksiya keçirmək cəhdinin şahidi olduq. Onlar gərginlik yaratmağa cəhd etməklə əsl məramlarını ortaya qoydular.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, radikal müxalifət qanunlara heç bir əhəmiyyət vermədiyini bir daha göstərdi: "Bu gün bir qrup radikallar Azərbaycanda hakimiyyətə gəlmək üçün normal demokratik yoldan istifadə etmək istəmir, anti-Azərbaycan qüvvələrdən alınan ianələr hesabına iğtişaşlar yaratmaq istəyirlər”.
Deputatın sözlərinə görə, onlar aldıqları ianələrlə dəbdəbəli həyat sürür, lakin insanları küçə yürüşünə çıxmağa vadar edirlər: "Bu hərəkətləri ilə Azərbaycan xalqına xəyanət etmiş olurlar. Amma unudurlar ki, Azərbycanda əvvəlki dönəm deyil, artıq özbaşınalıq edib, xaos yarada bilməzlər. Onların istəkləri baş tutmur və bundan sonra da baş tutmayacaq. Çünki Azərbaycan xalqı buna imkan verməyəcək. Hər kəs qanuna tabe olmalıdır. Qanuna tabe olmayanlarla hüquqi müstəvidə danışmaq lazım gələcək”.
banner

Oxşar Xəbərlər