AZE | RUS | ENG |

Ziyad Səmədzadə: “Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur”

Ziyad Səmədzadə: “Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur”
"Azərbaycanda son 20 ildə aparılmış iqtisadi islahatlar uğurlu olub."

"Report” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinlikləri və imkanlar” adlı V İnvestorlar Yarmarkasında Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye Komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, bu müddətdə ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, yoxsulluq həddi 51%-dən 6%-ə düşüb.

Bununla belə, Z.Səmədzadə bildirib ki, əhalinin böyük qisminin maliyyə qurumlarına, o cümlədən mikromaliyyə təşkilatlarına borclu olması, verilmiş kreditlərin bir hissəsinin vaxtının keçməsi narahatlıq doğurmalıdır: "Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur. Bununla bağlı araşdırma aparılmalıdır ki, bəlkə faizlər yüksək olub, bəlkə borcalanlar düzgün qiymətləndirilməyib. Elə olsun ki, sabah bir daha problemli kreditlərlə üzləşməyək. Necə oldu ki, mənfəətlə işləyən banklar devalvasiyadan sonra bu vəziyyətə düşdülər, bütün bu məsələlər təhlil edilməlidir. Amma yenə də ölkə iqtisadiyyatı inkişafdadır və tədricən maliyyə göstəriciləri yaxşılaşacaq”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6936
GBP 1 İngilis funt sterlinqi 2.2514
TRY 1 Türk lirəsi 0.3502
KWD 1 Küveyt dinarı 5.6140
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9874
CHF 1 İsveçrə frankı 1.6979
USD 1 ABŞ dolları 1.7000