AZE | RUS | ENG |

Ziyad Səmədzadə: Büdcə modelini dəyişmək lazım deyil

Ziyad Səmədzadə: Büdcə modelini dəyişmək lazım deyil
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi aparılıb.
Trend-in məlumatına görə, müzakirələr zamanı mövcud büdcə modelinin dəyişib-dəyişməməsinin vacibliyi ətrafında diskussiyalarda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə Azərbaycan büdcəsinin təmir-tikinti büdcəsi adlandırılması barədə fikirlə razılaşmayıb.
O deyib ki, dövlət transmilli layihələrə, problemli kreditlərə pul ayrılır: "Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur. Büdcə barədə ictimai müzakirələrin aparılması ilə bağlı təkliflər də məqbul sayılmalıdır. Hazırda 22 milyardlıq büdcənin 7 milyard manatı sosial xərclərdir. Biz hələ də səhiyyə və təhsil xərclərində səmərəsizliyi görürük. İdman kompleksləri tikilib ki, uşaqlar pulsuz məşğul olsun. Prezident bu il ödənişsiz ali təhsili 50 faizə qaldırıb. Büdcə modelini dəyişmək lazım deyil”.
Komitə sədri bildirib ki, 1993-cü ildə yoxsulluq 86 faiz olubsa, hazırda 5-6 faizə endirilib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973