• cümə axşamı, 25 aprel, 22:49
  • Baku Bakı 21°C

Ziya Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdırılacaq

17.07.18 10:20 512
Ziya Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdırılacaq
İyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra (Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə tunelin üzü Koroğlu metrostansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.
Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
banner

Oxşar Xəbərlər