AZE | RUS | ENG |

Zimbabve prezidenti Davos forumuna getməkdən imtina edib

Zimbabve prezidenti Davos forumuna getməkdən imtina edib
Zimbabve prezidenti Emmerson Mnanqaqva ölkəsini etiraz dalğası bürüməsi səbəbindən İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

"Report” TASS-a istinadən xəbər verir ki, prezident bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Mən məhsuldar ikitərəfli ticarət – investisiya görüşləri həftəsindən sonra evə qayıdıram. Davosda bizim ölkəni səlahiyyətli şəxs kimi maliyyə naziri Mtuli Nkube təmsil edəcək. Birnömrəli vəzifə ondan ibarətdir ki, dinclik, sabitlik və işqabiliyyətliliyi Zimbabveyə geri dönsün", - deyə o bildirib.

Mnanqaqva beynəlxalq turne çərçivəsində yanvarın 19-da Azərbaycanda səfərdə olub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202