• cümə, 29 Mart, 13:30
  • Baku Bakı 14°C

Özilin yeni müqaviləsi aranı qatdı

08.02.18 13:20 957
Özilin yeni müqaviləsi aranı qatdı
"Arsenal” Məsut Özillə yeni müqavilə bağladıqdan sonra klub düşərgəsində vəziyyət gərginləşib.
Kaspi.az xəbər verir ki, "topçular”ın bir neçə futbolçusu məvaciblərinin artırılmasını tələb edirlər. Artıq "Arsenal”ın uelsli yarımmüdafiəçisi Aaron Remzi işarə edib ki, gələn ilin yayında başa çatacaq müqaviləni yeniləməyəcək.
O, məvacibinin artırılmasını tələb edir. Eyni tələblə Denni Uelbek də çıxış edib. Remzinin həftəlik məvacibi 110 min funtdur.
Məsut Özil yeni müqavilənin şərtlərinə görə, həftədə 350 min funt qazanacaq.
banner

Oxşar Xəbərlər