Özili “işə salmağın” yolunu göstərdi
Joze Mourinyo "Arsenal”ın
baş məşqçisi Unai Emeriyə məsləhət verib.
Kaspi.az xəbər
verir ki, Joze həmkarına Məsut Özillə bağlı tövsiyə edib. O, Məsutun yaxşı
oynaması üçün onunla münasibətdə balansın qorunmasının vacib olduğunu deyib:
"Özil mənim rəhbərliyim
altında əla oynayırdı. Özil elə bir futbolçudur ki, onun sakitləşməyə və köklənməyə
ehtiyacı olur.
Gər siz onunla
yumşaq davranacaqsınızsa, onda o, meydanda aqressiv olmayacaq. Çünki Məsut təbiətcə
fiziki cəhətdən möhkəm və aqressiv birisi deyil.
Ancaq siz onunla
tamamilə sərt də davrana bilməzsiniz. Bir qədər qayğı və sevgi də lazımdır. Bir
sözlə, onunla münasibətdə düzgün balansı tapmaq vacibdir”.