• cümə, 19 Aprel, 20:50
  • Baku Bakı 24°C

Özil qərar verib, onun yanına gedir

15.09.17 11:30 1443
Özil qərar verib, onun yanına gedir
"Arsenal”ın futbolçusu Məsut Özil gələcək karyerası ilə bağlı qərar qəbul edib.
Kaspi.az xəbər verir ki, Özil mövsümün sonunda "Arsenal”ı tərk edəcək. O, "Mançester Yunayted”də oynamaq niyyətindədir. Məsut ona tanış olan məşqçinin - Joze Mourinyonun rəhbərliyi altında çıxış etmək barədə qərar qəbul edib.
Futbolçu "Arsenal”la müqaviləsini yenilmədi. Onun müqaviləsi 2018-ci ilin yayında başa çatır. Türk əsilli futbolçu "topçular”ı azad agent kimi tərk edəcək.
Özil "Arsenal”a 2013-cü ildə 47 milyon avro qarşılığında "Real”dan keçmişdi.
banner

Oxşar Xəbərlər