• cümə axşamı, 18 aprel, 12:48
  • Baku Bakı 22°C

Zidanla Mbappenin gizli görüşü - Vəd verib

23.06.17 16:00 1266
Zidanla Mbappenin gizli görüşü - Vəd verib
"Real”ın baş məşqçisi Zinəddin Zidan "Monako”nun hücumçusu Kilian Mbappe ilə görüşüb.
Kaspi.az xəbər verir ki, gizli görüş ötən həftə baş tutub. Bu barədə məlumatı "L'Equipe” nəşri yayıb. Məlumata görə, Zidan Mbappeyə "Real”ın heyətində kifayət qədər oynayacağı ilə bağlı vəd verib.
Zidan Kilina bildirib ki, "Real”a keçməyə razılıq versə, "kral klubu”nun heyətindəki hücumçulardan biri satılacaq. O, Mbappeni əmin edib ki, "Real”da sürətlə inkişaf edərək, dünya səviyyəli ulduzlar sırasında yer alacaq.
"Real”ın Mbappeni trasnfer etmək şansı yüksək qiymətləndirilir.
banner

Oxşar Xəbərlər