• şənbə, 20 Aprel, 00:25
  • Baku Bakı 15°C

Zidanla danışıb, arxayındır

22.02.18 13:40 561
Zidanla danışıb, arxayındır
"Arsenal”ın sabiq futbolçusu Rober Pires Çempionlar Liqasında "Real”la PSJ-nin mübarizəsinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Pires Çempionlar Liqasında əsl "Real” gördüklərini qeyd edib. O, "kral klubu”nun baş məşqçisi Zinəddin Zidanla söhbəti barədə də danışıb:
"Real”ın Çempionlar Liqasındakı çıxışı məni təəccübləndirmir. Bu turniri Primera ilə müqayisə etmək olmaz. Biz əs "Real”ı Çempionlar Liqasında görürük.
PSJ ilə keçirilən ilk oyundan sonra Zidanla söhbət etmişəm. O, arxayındır ki, növbəti mərhələyə adlayacaqlar.
Fransa mətbuatı yazır ki, PSJ-nin də futbolçuları mərhələ adlayacaqlarına inanırlar. Ancaq unutmaq lazım deyil ki, "Real”ın bu turnirdə böyük təcrübəsi var”.
banner

Oxşar Xəbərlər