• cümə, 19 Aprel, 18:26
  • Baku Bakı 24°C

Zidanın ona necə vurulduğunu bilmir, amma...

26.11.19 14:30 583
Zidanın ona necə vurulduğunu bilmir, amma...
PSJ-nin baş məşqçisi Tomas Tuxel Çempionalr Liqasında "Real”la keçiriləcək oyundan əvvəl fikrini bildirib.
Kaspi.az xəbər verir ki, Tuxel "Real”ın baş məşqçisi Zinəddin Zidanın Kilian Mbappe barədə dediklərinə də münasibət bildirib. Zidan bildirmişdi ki, Kilianın oyununa vurulub:
"Zidan Mbappeyə vurulub? Onun Kilian necə güclü vurulduğu barədə bir söz deyə bilmərəm, amma Mbappe PSJ üçün çox vacib futbolçudur.
Hərdən siz, əldə edə bilmədiyiniz futbolçunu xoşlayırsınız. Zidan da təəsüflənir ki, Mbappe PSJ-nin futbolçusudur. Amma hesab edirəm ki, Zidanın "Real”da da sevdiyi futbolçular var.
Elə mənim də "Real”da bəyəndiyim futbolçular var. Biz son illərdə ÇL-in bir neçə dəfə qalibi olmuş komandaya qarşı oynayacağıq. Bu qarşılaşma bizim üçün çağırışdır”.
banner

Oxşar Xəbərlər