• çərşənbə, 24 Aprel, 21:18
  • Baku Bakı 23°C

“Zidanın ədalətsizlik etdiyini deyə bilmərəm, vicdanım təmizdir”

17.01.18 13:20 806
“Zidanın ədalətsizlik etdiyini deyə bilmərəm, vicdanım təmizdir”
"Bavariya”nın yarımmüdafiəçisi Xames Rodriges "Real”da var qüvvəsi ilə çalışmadığı barədə yayılan məlumata münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Xames bu iddiaların həqiqəti əks etdirmədiyini deyib. O, Zidana qarşı münasibətindən də danışıb:
"Zidanla aramızda anlaşılmazlığın olduğunu iddia edə bilmərəm. Onun mənə qarşı ədalətsizlik edib-etmədiyini də deyə bilmərəm. Hər bir məşqçinin futbola öz baxışı var. O, mənim kumirim olub.
Mənim "Real”dan gedişim ağır və kədərli oldu. Bu klubda oynamaq mənim ən böyük arzum olub. "Real”da könülsüz məşq etməyimlə bağlı iddialarla razılaşa bilmərəm.
Əksinə, ikiqat səylə məşq edirdim. Həmişə yüksək formada olmağa çalışmışam. Mənim vicdanım təmizdir. Meydana çıxanda bütün qüvvəmi sərf edirdim”.
Xames müqavilə ilə "Real”a məxsusdur, "Bavariya”da icarə əsasında çıxış edir.
banner

Oxşar Xəbərlər