• cümə axşamı, 25 aprel, 03:38
  • Baku Bakı 19°C

Zidan start heyətini müəyyənləşdirərkən çətinlik çəkib

07.03.18 10:15 679
Zidan start heyətini müəyyənləşdirərkən çətinlik çəkib
"Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında PSJ ilə keçirilən cavab qarşılaşmasından (2:1) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Zidan layiqli qələbə qazandıqlarını vurğulayıb. O, start heyətini müəyyənləşdirərkən, çətinlik çəkdiyini də etiraf edib:
"Oyuna əla köklənmişdik. Hesab edirəm ki, layiqli qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Çox ağır oyunda qələbə qazandılar.
Etiraf edim ki, start heyətini müəyyənləşdirərkən, çətinlik çəkdim. Sərəncamında bu qədər yaxşı futbolçu varsa, start heyətini müəyyən etmək o qədər də asan olmur.
Yaxşı ki, hamı oyuna adaptasiya ola bildi. Elə əvəzetmələr də uğurlu alındı. Beyl? Siz məndən yalnız bir oyunçu haqda soruşursunuz. Amma bizim üçün bütün futbolçular önəmlidi. Qaret bizim üçün vacib futbolçudur və bu durum dəyişməyəcək”.
banner

Oxşar Xəbərlər