• cümə axşamı, 25 aprel, 16:51
  • Baku Bakı 23°C

Zidan məsuliyyəti üzərinə götürdü

08.01.18 12:40 828
Zidan məsuliyyəti üzərinə götürdü
"Real”ın baş məşqçisi Zinəddin Zidan "Selta” ilə oyundan (2:2) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Zidan çempionluq şansları ilə bağlı məsələdən danışmaq istəmədiyini deyib. O, komandanın uğursuz oyununa görə, məsuliyyəti üzərinə götürdüyünü bildirib:
"Hər həftə çempionluq şansımızı müzakirə etmək istəmirəm. Əgər xal itirməkdə davam etsək, onda çempionluğu unutmaq lazımdı. Biz sadəcə, özümüzə gəlməli və oyundan oyuna inkişaf etməliyik.
Hamımız bu nəticədən narazıyıq. Xüsusən də ikinci hissədəki oyunumuz məyus etdi. Rəqibimiz güclü idi. Buna baxmayaraq, daha yaxşı oynaya bilərdik. Uğursuzluğa görə bütün məsuliyyət mənim üzərimdədir.
banner

Oxşar Xəbərlər