• cümə, 29 Mart, 16:13
  • Baku Bakı 14°C

Zidan “get” desə, gedəcək

04.04.19 11:30 595
Zidan “get” desə, gedəcək
"Real”ın qapıçısı Keylor Navas klubdakı durumu ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, "Valensiya” ilə oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandıran Navas komandadan gedə biləcəyinə işarə edib:
"Əgər məşqçi desə ki, get, onda gedəcəyəm. Ancaq mənim "Real”la müqaviləm var. Hələlik gələcəyim bu klubla bağlıdır.
Mən həmişə çalışıram məşqçini inandırım ki, qapıda durmağa hazıram. Burda qalmaq istəyirəm. Ancaq baxaq görək gələcəkdə necə olacaq. İndi isə mövsümü müsbət notlarla bitirməyə köklənməliyik.
Hazırda ağır dönəm keçiririk. Mövsüm biz istədiyimiz kimi alınmadı. Bu reallığı qəbul etməliyik. Bu, bizə səhvlərimizdən nəticə çıxartmağa yardım edər”.
banner

Oxşar Xəbərlər