• çərşənbə axşamı, 19 mart, 14:35
  • Baku Bakı 8°C

Zidan gedəcək, Löv gələcək - “Real” titulsuz qalsa

25.04.17 13:50 877
Zidan gedəcək, Löv gələcək - “Real” titulsuz qalsa
"Real” mövsümü titulsuz başa vursa, komandada baş məşqçi dəyişikliyi olacaq.
Kaspi.az xəbər verir ki, "kral klubu” Çempionlar Liqasının, ya da İspaniya çempionatının qalibi ola bilməsə, Zinəddin Zidan istefaya göndəriləcək. Bu barədə məlumatı AS nəşri yayıb.
Nəşrin iddiasına görə, "Real” rəhbərliyi Zinəddin Zidanı Almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə əvəzləməyi planlaşdırır. Bundan başqa, rəhbərlik Antonio Konte ("Çelsi”) və Maurisio Poçettino ("Tottenhem”) variantını da nəzərdən keçirir.
Onu da qeyd edək ki, Almaniya Futbol İttifaqı 2016-cı ilin payızında Yoahim Lövlə müqaviləni 2020-ci ilə qədər uzadıb.
banner

Oxşar Xəbərlər