• cümə axşamı, 28 mart, 20:20
  • Baku Bakı 13°C

Zidan etiraf etdi - Günahkaram

25.01.18 12:30 895
Zidan etiraf etdi - Günahkaram
"Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya kubokunun 1/4 finalında "Leqanes”ə məğlubiyyəti (1:2) şərh edib.
Kaspi.az xəbər verir ki, Zidan məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürüb. O, bu məğlubiyyəti şəxsi uğursuzluğu kimi xarakterizə edib:
"Aydındı ki, bu, mənim şəxsi uğursuzluğumdu. Nəticəyə görə cavabdehliyi mən daşıyıram, bütün məsuliyyət mənim üzərimdədir.
Biz öz oyunumuzu göstərə bilmədik. Xüsusən də ilk hissədə. Bütün komanda üçün ağır gecədir. Bu məğlubiyyəti analiz edəcəyik. Bir daha deyirəm, məğlubiyyətə görə əsas günahkar mənəm”.
"Real” ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlsə də, "Leqanes” səfərdə daha çox qol vurduğuna görə mərhələ adlayıb.
banner

Oxşar Xəbərlər