• çərşənbə, 24 Aprel, 11:54
  • Baku Bakı 13°C

Zidan Antuanı da gətirəcək, müqavilə bağlasa

14.09.18 13:10 691
Zidan Antuanı da gətirəcək, müqavilə bağlasa
Zinəddin Zidanın "Mançester Yunayted”in baş məşqçisi postunu tutacağı ilə bağlı məlumatlar səngimir.
Kaspi.az xəbər verir ki, artıq Zidanın gələcək planları barədə də informasiya yayılır. Məlumata görə, fransız mütəxəssis MY rəhbərliyinə bildirib ki, "Mançester Yunayted”ə gələcəyi təqdirdə, "Atletiko”nun futbolçusu Antuan Qrizmannın transferi prioritet vəzifə olmalıdır.
İngiltərə mətbuatında "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun istefaya göndəriləcəyi iddia olunur. Onun yerini isə məhz Zidanın tutacağı bildirilir. Hətta klub rəhbərliyi ilə Zidan arasında danışıqların olduğu və ilkin razılığın əldə edildiyi də vurğulanır.
banner

Oxşar Xəbərlər