• cümə, 26 Aprel, 12:08
  • Baku Bakı 23°C

Zibil daşıyanlar Sarkisyanın iqamətgahı qarşısında aksiya keçirir

26.12.14 13:09 1265
Zibil daşıyanlar Sarkisyanın iqamətgahı qarşısında aksiya keçirir
İrəvanda prezident iqamətgahı qarşısında “Kentron makrutyun” şirkəti işçilərinin etiraz aksiyası keçirilir.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları maaş və məzuniyyət pullarının verilməsini tələb edirlər. Zibil daşınması ilə məşğul olan şirkət beynəlxalq operatora veriləndən sonra müflisləşmə təhlükəsi ilə üzləşib.
Aksiya iştirakçıları bildirirlər ki, problem tezliklə həll olunmasa, onlar prezident iqamətgahı qarşısındakı prospekti bağlayacaqlar.
Qeyd edək ki, bir müddət əvvəl şirkətin işçiləri İrəvan şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Onlara meriyadan bildiriblər ki, pulları “Kentron makrutyun” şirkətinin zibil daşıyan maşınları satılandan sonra ödənəcək.
banner

Oxşar Xəbərlər