• cümə axşamı, 25 aprel, 09:00
  • Baku Bakı 14°C

Zığ şosesi yaxınlığında baş vermiş yanğın söndürülüb

26.06.19 15:21 927
Zığ şosesi yaxınlığında baş vermiş yanğın söndürülüb
İyunun 26-da Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 ha ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyətyanı sahələr yanıb.
Trend-in məlumatına görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası cəlb edilib.
Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Baş Prokurorluq, "Azərsu", "Azərişıq", Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunublar. Birgə səylər nəticəsində qısa zamanda yanğın söndürülüb, insan tələfatına yol verilməyib.
banner

Oxşar Xəbərlər