• çərşənbə, 24 Aprel, 06:04
  • Baku Bakı 13°C

“ZEYTUN BAĞLARI” Azərbaycan zeytununun şöhrəti

14.03.14 12:45 11356
“ZEYTUN BAĞLARI” Azərbaycan zeytununun şöhrəti
Ağsu rayon sakini Gülnarə Salimovanın ayaqları anadan doğulan gündən sözünə baxmayıb. Anadan gəlmə əlil dogulmasına baxmayaraq , gülnarə xanım bu halına da, şükürlə yanaşdığını deyir. Amma ,son iki ildə mədə bağırsaq xüsusi ilədə qara ciyərindəki agrılar onu lap təngə gətirib. Deyir ki, müalicə üçün içmədiyim preparat qalmayıb. Elə ki, dərmanlar təsirini itirən kimi yenə köhnə hamam köhnə tas..
Həkimlər sonda ona qidalanmasına riayyət etməyi məsləhət görəndən sonra o zeytun yağından istifadəyə başlayıb. Bir həftədən sonra isə orqanizmdə dəyişiklikləri hiss edib. Nəinki qəbizlik, qaraciyər və baş ağrıları da tamamilə aradan qalxıb. Indi özünü rahat hiss edir. Deyir ki nəinki qizartma yeməklərində ,həmçinin digər sulu yeməkləri bişirərkən ancaq zeytun yağından istifadə edir.
Dietoloq Ləman Süleymanova da deyir ki köp və mədə qıcqırmasından , eləcədə bağırsaq xəstəliklərindən əziyyət çəkən xəstələrinə səhər yeməyində zeytundan mütləq istifadə etməyi məsləhət görür. Bundan əlavə bişirilən yeməklər də zeytun yağı ilə hazırlanmalıdır.Çünki zeytun yağı hər şeydən əvvəl bədənə enerji verir , bağırsaqları yumşaldır , qaraciyərin fəaliyyətini aşağı salır ,sarılıq xəstəliyinə yaxşı təsir göstərir.Bağırsaq qurdlarının salınmasında , böyrəklərdə qum və daşların əmələ gəlməsinə mane olmasında da zeytun yağının faydası danılmazdır. Pəhriz saxlayaraq arıqlamaq istəyənlər üçün isə, zeytun yağı əsl göydən düşmədir.Insanı bütün günü tox saxlayır. Bu baxımdan orqanizmimizin elə bir üzvü yoxdur ki, bu nemət ona məlhəm olmasın. Yunanların hələ miladdan əvvəl zeytun budağını ilk Olimpiya oyunlarının rəmzi seçməsi və həyat simvolu adlandırması da təsadüfi deyil.
Dünyada zeytunun vətəni aralıq dənizi ölkələri sayılır. Sonradan zeytun Yunanıstan ,Ispaniya ,Italiya və digər suptropik ölkələrdə yayılıb. Hazırda dünyada bu bitkidən alınan məhsulun illik istehsal həcmi 25 milyon tona yaxındır. Italiya ,yunanıstan , ispaniyada istehsal olunan zeytun dünyanın bütün ölkələrində satılmaqdadır. Zeytunun ikinci vətəni isə Abşeron sayılır. əsasən may –iyun aylarında çiçək açıb oktyabr- noyabr aylarında bar verən Abşeron zeytunu tərkib etibari ilə yüksək göstəricilərinə görə digər ölkələrdəki məhsullardan heç də geri qalmır. Əksinə tərkibindəki faydalı komponentlərə görə üstünlük təşkil edir.
Tarixi mənbələrdə ölkəmizdə böyük zeytun bağlarının salındığı göstərilir. Lakin XIII əsrin əvvəllərində (1220-1256-cı illər) Azərbaycana monqol yürüşləri zamanı qışlamaya qalan ordu zeytun bağlarını qırıb odun kimi yandıraraq məhv edir. II Dünya müharibəsindən sonra Azərbaycana Sovet İttifaqının bostanı kimi münasibət bəsləyən Stalin Abşeronda zeytunçuluq təsərrüfatının yaradılmasına və emal zavodunun tikilməsinə sərəncam verir. Hələ sovetlər dönəmində azərbaycan zeytun istehsalına görə bir çox ölkələri geridə qoymuşdu. Azərbaycanda istehsal edilən zeytun meyvəsi və ondan hazırlanan məhsullar yüksək qiymətləndirilirdi 1949-1950-ci illərdə ilk zeytunçuluq təsərrüfatı yaradılır və kiçik emal zavodu tikilir. Abşeron Zeytun Sovxozuna məxsus olan bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılıb. Sovxoz dağıldıqdan sonra bu bağın bir hissəsi C. Naxçıvanski adına Hərbi Məktəbin idarəçiliyinə verilib, bir hissəsi məcburi köçkünlər tərəfindən zəbt olunub, qalan hissəsi də əmlak payları kimi ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilib. Abşeronda mövcud olan digər zeytun bağlarının taleyi də acınacaqlıdır.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh kəndibağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanılıb.Sonralar Hövsan qəsəbəsində geniş ərazidə zeytun plantasiyası salınıb. Maştağa qəsəbəsində isə yeni zeytun emalı zavodu istifadəyə verilib. Sovet hakimiyyəti illərində Abşeronda zeytun bağlarının sahələri 20-30 il ərzində artaraq 3 min hektara çatır. Lakin 90-cı illərdəki qarışıqlıq, anarxiya və xaos nəticəsində zeytun bağları müdafiəsiz qalır.Zeytun bağlarını tikinti meydançalarına çevrilərək və yaxud da tamam başqa məqsədlər üçün istifadə edilib. Nəticədə Abşeronda zeytun bağlarının ümumi sahəsi nəzərə çarpacaq dərəcədə azalıb.
Belə ki, hazırda Azərbaycanda olan 1868 hektar zeytun sahəsindən 1556 hektarı bar verəndir. Zeytun bağlarının salınması üçün müraciət edən sahibkarların sayı da tədricən artıb. Azərbaycanda təkcə Abşeronda yox, digər bölgələrdə - Sumqayıt, Siyəzən, Salyan, Göyçay, Beyləqan və Yevlaxda da yeni zeytun bağları salınmaqdadır. Son iki ildə Bakının Zirə qəsəbəsində 200 hektara yaxın zeytun bağı salınmış və Türkiyədən belə tinglər gətirilmişdir. Azərbaycan respublikasının sosial iqtisadi inkişafı sahəsində qəbul edilən dövlət proqramları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş eləcə də yaşıllaşdırma işlərinə böyük təkan vermişdir. Bakı şəhərinin qəsəbələrinin “2006-2007 cı illər üzrə bakı sosial- iqtisadi inkişafının sürətlənməsinə dair tədbirlər proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013 cü illərdə sosial- iqtisadi inkişafı dövlət proqramı”, 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ,eləcədə iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında məhz azərbaycanda yaşıllaşdırma sahələrinin artırılmasına , eləcədə zeytunçuluğun inkişafında əsaslı dönüş yaratdı. Indi Azərbaycan zeytununu şöhrəti respublikanın hüdudlarından kənarda da yayılmaqdadı. Azərsun Holding tərəfindən istehsal olunan “Zeytun Bağları” markasını MDB və Avropa ölkələrində belə satılmaqdadır. Marka rərbəri Ellada Şiriyeva deyir ki zeytun bağlarının istehsalında yalnız yerli xammal məhsullarından istehsal olunur. Bakı və Bakı ətrafı qəsəbələrdə yığılan zeytun Dübəndidəki zeytun emalı fabrikində emal olunur.Zavodda zeytun yağı iləı yanaşı , ağ və qara zeytun turşuları da istehsal olunmaqdadır.
“Zeytun Bağları” markası Yunanıstanın Krit adasında keçirilən müsabiqədə uğur qazanmaqla Azərbaycan zeytunun heç də yunan və ispan zeytunundan geri qalmadığını sübut edib. Azərsun Holdingin xaricə zeytun ixrac etməsi bu sahənin hər tərəfli inkişafına təkan verib.Bu isə ölkədə zeytun ağaclarının sayının artırılmasına əsaslı zəmin yaradıb. Təkcə Holding tərəfindən Bakıda və ətraf ərazilərdə 200 mindən artıq zeytun ağacı əkilib. Yerli sakinlərdən xammal üçün zeytunun alınması nəticəsində Azərbaycanda təqribən 5 minə yaxın vətəndaş işlə təmin olunub. “Zeytun bağları” markasından söhbət düşmüşkən milli kulinariya mərkəzinin direktoru Tahir Əmiraslanov deyir ki beynəlxalq kulinariya festivallarında qazanılan ugurlarda yerli məhsulun rolu böyük olub. Tahir Əmiraslanovun sözlərinə görə bişirilən yeməklərin dadlı alinmasinda zeytun bağlarinin xüsusi rolu var.
İndi marketlərimizdə yerli məhsullarla yanaşı dünyanin bir çox ölkələrindən gətirilən zeytun və zeytun yağları satılmaqdadır. onu da unutmayaq ki marketlərdə satılan zeytun yağlarının heç də hamısı keyfiyyətli hesab edilmir. Yadda saxlayın . satışda təbii zeytun və yaxud da zeytun yağı adı altında keyfiyyətsiz , tərkibi başqa yağlardan ibarət olan , dadlandırıcılarla zəngin olan zeytun yağı tamı verən yağlara da rast gəlmək mümründür. Bu baxımdan diqqətli olun ki, aldanmayasız. Keyfiyyətli zeytun yağı tünd omalı , çöküntü və bulanlıqlı olmamalıdır. Tamına gəlincə, bir başa zeytunun spesifik tamını verməlidir. Ekspert Vilayət Əliyev deyir ki ,zeytun rənglərinə görə bir birindən fərqlənir. əgər zeytun yaşıl rəngdədirsə bu onun tam yetişməməsindən zəbər verir. Alarkən qablaşdırmanın üzərində dəmir əlavəsi olan zeytun yazılıbsa , demək onlar tam yetişməyib və boyanmış zeytun sayılır.Tam yetişmiş zeytun isə iri ölçüdə olmalıdır. Tünd rəngdə olan zeytun yaşıl zeytundan daha xeyirlidir. Çünki yetişmə zamanı onun tərkibində maksimal dərəcədə amin turşusu , vitaminlər və yağlı turşular yəğılır. Buna görə də tünd zeytun yaşıl zeytundan 5-6 dəfə bahadı. Təbii zeytun qara rəngdə olmamalıdı. əgər siz yaşıl zeytunu duzlu suya qoysanız onlar 2-3 saat sonra tündləşəcəklər. Təbii turşuya qoyulan zeytun isə yumşaq olmalıdı.
Mütəxəsislərin qənaətinə görə , Azərbaycanda zeytun sahələrini artırmaq üçün geniş imkanlar var. Zeytun təkcə Abşeronda deyil, aran rayonlarında da bitdiyi üçün böyük bağlar salmaq mümkündür. Bu, Azərbaycana küllü miqdarda gəlir gətirə bilər. Son illər ölkədə neftlə çirklənmiş torpaqların təmizlənərək orada bağların salınması da təqdirə layiq hallardandı. Ətraf mühitin sağlamlaşdırılmasına , ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər ölkəmizdə ekoloji problemlərin həllini prioritet istiqamətlərdən birinə çevrilib .
Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir. Belə ki, neftlə çirklənmiş 228 hektar ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 milyon ədəd ağac əkilib Ümumiyyətlə paytaxta kifayət qədər ərazi neftlə çirklənib ki həmin yerlərdədə 100 ha- larla zeytun bağları salmaq olar. Bu həm ölkədə qeyri neft sektorunun inkişafına təkan verəcək. Üstəlik də ekoloji baxımdan olduqca yararlıdı.çünki zeytun ağacları daha çox oksigen buraxma qabiliyyətinə malikdi. Azərbaycanın demək olar ki bütün bölgələrinin mavi yanacaqla təmin olunması ağacların qırılmasının da qarşısını alıb. Sevindirici məqamlardan biri də son illər ölkədə zeytun ağaclarının qırılmasının da qarşısının alınmasıdır.
Ölkə başçısı ilham əliyevin ağacların kütləvi qırılmasına kəskin münasibəti isə bu problemə birdəfəlik son qoydu prezident bildirdi ki : "Mənə verilən məlumatlara görə, bəzi hallarda Bakıda hansısa obyektin tikintisi üçün ağaclar məhv edilir, kəsilir. Yerlər alınır, hasarlanır və ondan sonra hasarın dalında bütün ağaclar məhv edilir. Ondan sonra orada binalar - fərdi yaşayış evləri, yaxud da çoxmərtəbəli binalar tikilir. Bu siqnallar mənə dəfələrlə daxil olubdur. Həm yerli icra orqanlarına, həm də vəzifədən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edirəm ki, bunu yığışdırsınlar. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram. Ancaq o şərtlə ağac kəsilə bilər: əgər hansısa infrastruktur layihəsi icra olunur, yol genişlənir. Yaxud da ki, hansısa dövlət əhəmiyyətli tədbirin keçirilməsi üçün, məsələnin həlli üçün əgər bu lazımdırsa, o zaman ağaclar çıxarıla bilər". Hələ bir müddət öncə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Hərəyə Bir Ağac Əkək” aksiyası çərçivəsində ölkədə 3 milyondan artıq ağac əkildi ki, bunun da əksəriyyəti zeytun ağacları idi. Zeytun ağaclarının əkilməsi həm də müqəddəs işlərdən biridir. Çünki Qurani Kərimdə zeytun adı çəkilən 3 meyvədən biri sayılır. Bu baxımdan ildə bir dəfə hərəyə bir zeytun ağacı əkmək bəlkə də ən böyük savablardan biridir. Və ən azından vətənpərvərlikdi. onu da unutmayaq ki Azərbaycanda zeytunçuluq üçün geniş imkanlar mövcuddur. Bu gün ölkəmizdə fəaliyyət göstərən zavodlarda zeytun yağı, konservləşdirilmiş zeytun məhsulları istehsal etmək mümkündürsə, niyə bu sahəni inkişaf etdirməyək?
İlqar QULUSOY
Yazı Azərbaycan Mətbuat Şurası və “Azərsun Holding”lə birgə keçirdiyi “Zeytun Bağları”Azərbaycan zeytunun şöhrəti “ mövzusundakı müsabiqəyə təqdim olunmaq üçün verilir

banner

Oxşar Xəbərlər