• çərşənbə axşamı, 16 aprel, 17:19
  • Baku Bakı 19°C

“Zeytun bağları” ağacəkmə aksiyası keçirdi - Fotolar

23.10.18 15:22 512
“Zeytun bağları” ağacəkmə aksiyası keçirdi - Fotolar
Xəzər rayon İcra Hakimiyyəti və "Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə Qala qəsəbəsində ağacəkmə aksiyası keçirilib. "Azərsun Holdinq” şirkətinin istehsal etdiyi "Zeytun bağları” markasının iştirak etdiyi tədbir zamanı qəsəbə ərazisində 500-dən artıq zeytun ağacı əkilib. Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyətinin rəsmiləri, "Azərsun Holdinq”in əməkdaşları və xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri, ümumilikdə 100 nəfərdən artıq insan iştirak edib. Hər kəsin bəyəndiyi "Zeytun bağları” markası ölkəmizin müxtəlif ərazilərində minlərlə zeytun ağacının əkilərək, həmin yerlərin yaşıllaşdırılmasında müstəsna rol oynayır. Bundan əlavə, bu milli markamız yüksək keyfiyyəti ilə xarici bazarlarda da rəğbətlə qarşılanır və Abşeron zeytunun bütün dünyaya tanıdılmasına böyük töhfə verir. Qeyd edək ki, mütəmadi olaraq ağacəkmə aksiyalarına qoşulan və ekoloji layihələrdən kənarda qalmayan "Azərsun Holdinq”in gələcəkdə də bu tipli işlərə yaxından dəstək verəcəyi bildirilib.



banner

Oxşar Xəbərlər