• çərşənbə axşamı, 23 aprel, 18:10
  • Baku Bakı 20°C

Zeynəb Xanlarova Milli Məclis adından AŞPA-ya etiraz olunmasını təklif edib

02.05.17 13:40 835
Zeynəb Xanlarova Milli Məclis adından AŞPA-ya etiraz olunmasını təklif edib
"Mən ömrüm boyu, həmişə "Türkəm" demişəm. Həmişə bütün dünyada konsertlərimdə demişəm ki, türkün qolu bükülməz. Avropa Şurasının Türkiyəyə qarşı qərəzi tək məni yox, bütün Azərbaycan xalqını qəzəbləndirib”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında xalq artisti, deputat Zeynəb Xanlarova deyib.
"Ona görə də mən çox xahiş edirəm ki, bizim Milli Məclisin adından etiraz bəyanatı yayaq. Çünki bu gün Türkiyəyə qarşı olan bu addım, sabah da bizə qarşı olacaq. Bütün Azərbaycan xalqı buna görə ayağa qalxmalıdır. Çünki bizim həmişə ağrımız olanda, birinci Türkiyə həyanımız olub. Biz də Türkiyəyə həyan olmalıyıq. Ona görə də təklif edirəm ki,Milli MəclisadındanAŞPA-ya etiraz müraciəti qəbul edək”, - deyə deputat bildirib.
SpikerOqtay Əsədovisə deyib ki, bugünkü iclasda 14 deputat bu barədə etirazını bildirib və bu özü parlamentin mövqeyini əks etdirir.
Spiker bu istiqamətdə işin davam etdiriləcəyini də bildirib.
banner

Oxşar Xəbərlər