• cümə axşamı, 25 aprel, 09:44
  • Baku Bakı 14°C

Üzərində “dərman vasitəsi deyildir” yazılmayan qida əlavələri ilə bağlı cərimələr tətbiq ediləcək

12.04.17 16:30 708
Üzərində “dərman vasitəsi deyildir” yazılmayan qida əlavələri ilə bağlı cərimələr tətbiq ediləcək
Azərbaycanda üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) "dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək cərimə ediləcək.
APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihədə bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə, vəzifəli şəxslərin 50 manatdan 100 manatadək, hüquqi şəxslərin 150 manatdan 200 manatadək cərimə edilməsi təklif edilir.
Bioloji fəallığa malik qida əlavələri ilə bağlı "Reklam haqqında” qanuna yeni 30.7 maddəsinin əlavə edilməsi təklif edilir. Layihəyə əsasən bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.
İclasda "Dərman vasitələri haqqında qanuna dəyişiklik edilməsi barədə” layihə də müzakirə olunub. Qanuna təklif edilən yeni 4.8-ci maddədə qeyd edilir ki, normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır.
Qanun layihələri müzakirələrdən sonraMilli Məclisə tövsiyə edilib.
banner

Oxşar Xəbərlər