• şənbə, 20 Aprel, 12:27
  • Baku Bakı 23°C

Zərif Avropaya çağırış edib

16.02.20 15:00 1310
Zərif Avropaya çağırış edib
İran Xarici İşlər naziri Cavad Zərif Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində fransalı həmkarı Jan-İv Le Drianla görüşüb.
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, C. Zərif Avropanın İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) çərçivəsində öhdəliklərini yerinə yetirməyə qayıtmasının problemin yeganə həll yolu olduğunu bildirib.
İran XİN rəhbəri bu halda Tehranın da HBFP çərçivəsində öhdəliklərini yerinə yetirməkdən imtina etməsi prosesini dayandıracağını vurğulayıb: "Əgər Avropa İranın iqtisadi maraqlarını təmin edərsə, Tehran HBFP çərçivəsində öhdəliklərini yerinə yetirməyə hazırdır”.
banner

Oxşar Xəbərlər