• cümə, 26 Aprel, 23:16
  • Baku Bakı 22°C

Zərdabi irsinə layiqli töhfə

06.05.14 09:45 1364
Zərdabi irsinə layiqli töhfə
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və fəaliyyətindən bəhs edən sanballı tədqiqat əsəri işıq üzü görüb. «Həsən bəy Zərdabi: keşməkeşli həyat yolu» adlanan nəfis tərtibatlı kitabın müəllifi 1958-ci ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuş, ziyalı ailəsində tərbiyə almış, böyüyüb boya-başa çatmış bir insan, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas Eldəniz Əli oğlu Həsənovdur.
Müəllifin gərgin zəhmət tələb edən çoxillik tədqiqatları, əldə etmiş olduğu bilgilər, arxiv sənədləri əsasında ilk dəfə olaraq Zərdabinin nəsil şəcərəsi tərtib olunmuşdur. O, tərtib etdiyi şəcərədə əks olunan insanların başına gətirilən faciəli hadisələrin, onların keşməkeşli həyat yollarının tarixi şərhini vermiş, eyni zamanda Zərdabinin, Zərdabi ocağından çıxanların, habelə bu nəsildən olan insanların o zaman xalqının, millətinin tərəqqisi, rifahı naminə gördükləri elmi-təcrübi işləri, ideyaları, tövsiyyələri, xeyriyyəçilik hərəkatını diqqətə çatdırır və bu işlərin müasir dövrdə böyük aktuallıq kəsb etməsindən, müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilməsindən söhbət açır.
Qeyd edək ki, E.Həsənov 9 kitab və monoqrafiyanın, bir neçə tövsiyənin, 150-dən çox elmi-publisistik məqalənin, o cümlədən müxtəlif elmi-praktik konfrans və seminarlarda mətbuatda, radio-televiziya verilişlərində yüzlərlə çıxış, məqalə və məruzələrin müəllifidir. Həsən bəy Zərdabi irsinin tanınmış, fundamental tədqiqatçılarındandır.
Kitab geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.
Fuad

banner

Oxşar Xəbərlər