• cümə, 26 Aprel, 00:48
  • Baku Bakı 16°C

Zərdabda 263 min 700 ədəd tut tingi əkilib

17.12.16 16:34 1089
Zərdabda 263 min 700 ədəd tut tingi əkilib
Zərdab rayonunda baramaçılığın inkişafı üçün vacib olan möhkəm yem bazasının yaradılması xüsusi diqqət mərkəzindədir və payızda bu məqsədlə nəzərdə tutulan tədbirlər başa çatdırılıb.
Rayon icra hakimiyyətindənAZƏRTAC-a bildirilib ki, hazırkı mövsümdə yeni tut bağlarının salınması və köhnə bağların bərpası üçün görülən işlər müvəffəqiyyətlə yekunlaşıb. Qabaqcadan müəyyənləşdirilən yerlərdə 263 min 700 ədəd tut tingi əkilib. Əkilən tinglərin 250 min ədədi Çindən gətirilib və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayona ayrılıb. 13 min 700 ədədi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilib.
Tut tingləri rayonun, əsasən Qoşaoba, Çallı, Əlibəyli, Şıxbağı, İsaqbağı və bir sıra digər ərazi vahidlərində mütəxəssislərin nəzarəti ilə əkilib.
banner

Oxşar Xəbərlər