AZE | RUS | ENG |

Zəncirvarı qəza olub, yaralılar var

Zəncirvarı qəza olub, yaralılar var
Bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində zəncirvarı avtomobil qəzası baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, bu gün saat 8.30 radələrində Qobustan rayonunun Yekəxana kəndi ərazisində  3 avtomobilin iştirak etdiyi zəncirvarı qəzada çoxlu sayda yaralının olduğu bildirilir.
 
Yaralılar təcili yardım maşınları ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN