• şənbə, 20 Aprel, 03:51
  • Baku Bakı 15°C

Zəlzələ nəticəsində Ağdamda 130 evə ziyan dəyib

16.11.17 11:00 1889
Zəlzələ nəticəsində Ağdamda 130 evə ziyan dəyib
Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 130 evə ziyan dəyib.
Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, kəndlərdə evlərə dəymiş ziyanla bağlı araşdırmalar davam edir: "Hələlik ilkin məlumata görə, 130 ev, 1 məktəb binasında çatlar əmələ gəlib.
Çəmənli kəndində 36, Əfətti kəndində 3, Zənguşalıda 1, Xındırıstanda 10, Quzanlıda 5, Üçoğlanda 4, Şərvənddə 5, 1-ci Dördyol qəsəbəsində 44 , Təzəkənd qəsəbəsində 1, Yeni Quzanlı qəsəbəsində 10, Baharlı qəsəbəsində 10, Təzəkənd kəndində 3 ev, 1 orta məktəbdə çatlar əmələ gəlib".
banner

Oxşar Xəbərlər