• cümə, 29 Mart, 03:55
  • Baku Bakı 7°C

Zəlzələ nəticəsində 2 nəfər ölüb, yaralı sayı 120-yə çatıb

21.07.17 09:40 782
Zəlzələ nəticəsində 2 nəfər ölüb, yaralı sayı 120-yə çatıb
Egey dənizində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində Yunanıstanda 2 nəfər ölüb, yaralananların sayı isə 120 nəfərə çatıb.
AZƏRTACxəbər verir ki, bu barədə "Assoşieyted Press” məlumat yayıb.
Yüzlərlə turist gecəni çimərliklərdə keçirib.
Qeyd edək ki, zəlzələ Türkiyənin kurort şəhəri Bodrumda da hiss olunub. Türkiyədə insan ölümü qeydə alınmayıb.
Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 kilometr, Yunanıstanın Kos adasından isə 16,2 kilometr aralıda yerləşib.
ABŞ-ın Geoloji Mərkəzinin məlumatında isə zəlzələnin 6,7 bal gücündə olduğu bildirilib.
banner

Oxşar Xəbərlər