• cümə axşamı, 25 aprel, 02:03
  • Baku Bakı 19°C

Zelenski: “Ukrayna özünü Aİ və NATO-da qonaq kimi hiss edə bilməz”

16.04.21 13:21 622
Zelenski: “Ukrayna özünü Aİ və NATO-da qonaq kimi hiss edə bilməz”
"Avropa İttifaqı, Şarl Mişel, Emmanuel Makron, Angela Merkel, Avropanın bir çox dövlət və hökumət başçısı bizi - Ukraynanı dəstəkləyir. Lakin söhbət Avropanın təhlükəsizliyindən gedir”.
APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın "Le Figaro” qəzetinə müsahibəsində deyib.
"Aİ liderləri Avropada təhlükəsizliyin Ukraynadan asılı olduğunu söyləyirsə, biz də bunun əvəzini qurbanlarla ödəyiriksə - artıq 14 mindən çox insan həlak olub - o zaman biz müəyyən bir statusa sahib olmalıyıq. Ukrayna özünü Aİ və NATO-da qonaq kimi hiss edə bilməz. Biz orda olmaq istəyirik. Düşünürəm ki, buna çoxdan layiq idik. İnanıram ki, biz Avropa İttifaqında olmalıyıq, NATO-nun Üzvlük Fəaliyyət Planını almalıyıq. Həmişə deyirəm ki, Ukrayna belə bir statusa sahib olmalıdır. O zaman ukraynalılar özlərini yalnız hiss etməyəcək”.

banner

Oxşar Xəbərlər