• cümə axşamı, 18 aprel, 04:44
  • Baku Bakı 15°C

Zelenski Qara dənizdə Ukraynaya məxsus iki yeni hərbi baza tikiləcəyini bildirib

21.10.20 10:00 538
Zelenski Qara dənizdə Ukraynaya məxsus iki yeni hərbi baza tikiləcəyini bildirib
"Qara dəniz hövzəsinin təhlükəsizliyini qorumaq üçün dənizdə iki hərbi bazanın inşasına başlayırıq".
APATASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Prezident, həmçinin, əlavə edib ki, "Getman Sagaydachni” kimi hərbi gəmilərin yenilənməsi davam etdirilir: "Bununla yanaşı, "Kentavr” sürətli enmə qayıqları hazırlanır və yeni gəmi əleyhinə "Neptun” raketi istifadəyə verilib”.
Zelenski Türkiyə, İngiltərə və ABŞ-la hərbi əməkdaşlığı genişləndirmək planlarını da açıqlayıb: "Ukrayna Ankara ilə birlikdə hərbi texnikaların yenilənməsini, xüsusilə pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməyi planlaşdırır”.
banner

Oxşar Xəbərlər