• şənbə, 20 Aprel, 06:14
  • Baku Bakı 14°C

Özəl universitetlərin inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək

11.12.16 19:23 1144
Özəl universitetlərin inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək
Azərbaycanda özəl universitetlərin müstəqilliyinin artırılması və inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.
Qeyd olunur ki, hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafına maneə yarada bilər. Yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək.
Universitet klasterlərinin yaradılması"təhsil–tədqiqat–innovasiya”zəncirinin effektivliyini artıra bilər. Bu baxımdan ölkədə ilk növbədə,bəzi ixtisaslaşmış universitetlərdə klasterlərin yaradılması təşviq ediləcək. Ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaq.
Ali təhsil haqqında qanunun və dövlət proqramının qəbul edilməsi məsələsi nəzərdən keçiriləcək.
banner

Oxşar Xəbərlər