AZE | RUS | ENG |

Özəl sektorun inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir

Özəl sektorun inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir
Azərbaycan dövləti özəl sektorun inkişafını özünün siyasətinin əsas istiqamətlərindən biri hesab edir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycanda son illərdə kiçik və özəl sahibkarlıq əhəmiyyətli dərəcədə inkişaf edib: "Azərbaycan hökuməti özəl sektorun inkişafına üçün böyük dəstək göstərir. Özəl sahibkarlığa maliyyə dəstəyinin göstərilməsi, güzəştli kreditlərin verilməsini təmin edir və onların sərbəst fəaliyyəti üçün digər lazımi tədbirlər həyata keçirir. Azərbaycan, eyni zamanda özəl sektorun ixrac potensialının artırılması üçün imkanlar axtarır və bu istiqamətdə bir sıra naliyyətlər əldə edilib”.
Baş nazirin müavini vurğulayıb ki, özəl sektor Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verir və ümumi daxili məhsulun formalaşmasında rol oynayır: "Azərbaycan hökuməti bundan sonra da özəl sektorun inkişafına lazımi dəstək göstərəcək”.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779