• çərşənbə axşamı, 23 aprel, 20:55
  • Baku Bakı 20°C

Özəl sektor aktiv şəkildə iqtisadiyyatın canlanmasına təkan verməlidir

04.02.20 14:45 3766
Özəl sektor aktiv şəkildə iqtisadiyyatın canlanmasına təkan verməlidir
Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda sahibkarlarla bağlı çıxışı ölkənin özəl sektoruna çağırış idi.
Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
Ekspertin sözlərinə əsasən, Prezident bu çıxışla həm dövlət qurumlarına, həm də özəl sektora, biznes cəmiyyətinə konkret siqnallarını ötürüb:"Cənab Prezident bildirdi ki, Azərbaycanda reallaşdırılan sosial-iqtisadi islahatların ən mühüm hissələrindən biri və fəlsəfəsi ondan ibarətdir ki, bu islahatlar ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə və ölkədə kölgə iqtisadiyyatının xüsusi çəkisinin kəskin şəkildə azaldılmasına xidmət etməlidir. Nəzərə almaq lazımdır ki, 2019-cu ildə fiskal siyasət nöqteyi-nəzərdən uğurlu nəticələr əldə olundu və bu iqtisadiyyatımızın inkişafını stimullaşdırmağa hesablanmalıdır. Burada, sözsüz ki, yenə də ön planda dövlət qurumlarının effektiv fəaliyyəti olmalıdır.
Amma bununla yanaşı, həm də özəl sektor aktiv şəkildə iqtisadiyyatın canlanmasına, iqtisadi proseslərin intensivləşməsinə təkan verməlidir. Özəl sektor anlamalıdır ki, kölgə iqtisadiyyatının prioritet mövqelərdə olduğu dövr bitib və özəl sektordan tələb olunan özfəaliyyətinin genişləndirilməsi milli iqtisadiyyatın maraqlarına uyğun şəkildə həyata keçirilməsi və vergilərin ödənilməsilə dövlətin büdcəsinin formalaşmasına öz töhfəsini verməsindən ibarət olmalıdır. Bu istiqamətdə dövlət iqtisadiyyatın şəffaflaşması nöqteyi-nəzərdən öz tərəfindən addımlarını atıb, yeni yaradılan institutlar iqtisadiyyatın inkişafına xidmət göstərməyə köklənib, belə olan halda özəl sektor da öz missiyasını dərk edərək bazar iqtisadiyyatı şəraitində iqtisadi proseslərin surətlənməsinə, effektivləşməsinə, şəffaflaşmasına öz töhfəsini verməlidir. Hesab edirəm ki, bu çıxış 2020-ci ildə Azərbaycan iqtisadiyyatında özəl sektora bir çağırış idi".

banner

Oxşar Xəbərlər