• şənbə, 20 Aprel, 19:52
  • Baku Bakı 24°C

“Zəif əzələ, güclü iradə” kitabının təqdimatı keçiriləcək

26.02.20 10:07 1692
“Zəif əzələ, güclü iradə” kitabının təqdimatı keçiriləcək
Azərbaycan Yazıçılar Birliyinin üzvü Samir İmanovun "Zəif əzələ, güclü iradə” adlı yeni kitabı işıq üzü görüb. 3 mart saat 15:00-da Sumqayıt Şəhər Poeziya Evində (9-cu mikrorayon, Heydər Əliyev parkı) bu nəşrin təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində iştirak sərbəstdir.
Qeyd edək ki, serebral iflic xəstəliyindən əziyət çəkən S.İmanov I qrup əlildir. Ölkəmizdə əlillik mövzusunda silsilə kitablar yazan ilk müəllifdir.İndiyə qədər o, əlilliyi olan insanlardan bəhs edən dörd kitab yazıb. Bir çox yazı müsabiqəsinin qalibidir. Dəfələrlə Fəxri Fərman, Diplom və digər mükafatlarla təltif edilib. "Zəif əzələ, güclü iradə” nəşri S.İmanovun sayca 5-ci kitabıdır.
banner

Oxşar Xəbərlər