• cümə axşamı, 28 mart, 13:41
  • Baku Bakı 16°C

Zəhərli hiss onu tərk etmir, “Barsa”dakı karyerası yekunlaşır

01.12.17 11:35 2227
Zəhərli hiss onu tərk etmir, “Barsa”dakı karyerası yekunlaşır
Xavyer Maskeranonun "Barselona” karyerası başa çatmaq üzrədir.
Kaspi.az xəbər verir ki, böyük ehtimalla, Maskerano yayda "Barsa”nı tərk edəcək. Bu barədə məlumatı müdafiəçi özü verib:
"Hesab edirəm ki, mənim "Barselona”dakı karyeram yekunlaşır. Bu da məntiqlidir. Burda çıxış etdiyim uzun illərdən sonra indi komandaya əlavə heç nə verə bilmərəm.
Mən bu fikirləri ürək ağrısı ilə demirəm. "Barselona”da karyeramın ən uğurlu illərini keçirmişəm və bütün bunları heç vaxt unutmayacağam.
Mən vaxtında getməyə qərar verən insanlardanam. "Liverpul”dan ayrılarkən, hər şey o qədər də yaxşı olmamışdı. Həmin zəhərli hiss məni hələ də tərk etməyib. İstəmirəm ki, "Barsa”dan da ayrılarkən, eyni hissləri keçirim”.
Argentinalı futbolçu "Liuverpul”dan "Barselona”ya 2010-cu ildə 20 milyon avroya keçib.
banner

Oxşar Xəbərlər