• çərşənbə axşamı, 16 aprel, 10:33
  • Baku Bakı 14°C

Zeedorf “Real”dan “İnter”ə necə keçib?

26.10.17 12:40 1082
Zeedorf “Real”dan “İnter”ə necə keçib?
Hollandiya yığmasının sabiq futbolçusu Klarens Zeedorf 1999-cu ildə "Real”dan "İnter”ə keçidi ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Zeedorf "Real”ın onu başqa kluba satmaq istədiyini bildirib. O, "İnter”in baş məşqçisi Marçello Lippinin zəngindən sonra qərar qəbul etdiyini vurğulayıb:
"Həmin vaxt "Real”a pul lazım idi. Mən isə ən bahalı bilet idim. Eşitmişdim ki, məni satmaq üçün bir neçə komanda ilə danışıqlar aparırlar.
Braziliyada istirahət edirdim. Səhər telefon zənginə oyandım. Zəng edən Lippi idi. O, məni "İnter”də görmək istədiyini dedi.
Lippi mənim Ronaldo və Vyerinin arxasında oynayacağımı da bildirdi. Təklifi qəbul etdim və İtaliyaya getdim”.
Zeedorf "İnter”də 2000-2002-ci illərdə çıxış edib. Daha sonra isə 2012-ci ilə qədərə "Milan”ın şərəfini qoruyub.
banner

Oxşar Xəbərlər