• çərşənbə axşamı, 19 mart, 09:17
  • Baku Bakı 8°C

Özbəkistanla Türkiyə arasında ticarət mübadiləsi yaxın illərdə 5 milyard dollara çatdırılacaq

16.06.19 12:39 448
Özbəkistanla Türkiyə arasında ticarət mübadiləsi yaxın illərdə 5 milyard dollara çatdırılacaq
Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirənin Sammiti çərçivəsində Tacikistan və Özbəkistanın dövlət başçıları Emamali Rahmon və Şavkat Mirziyoyev görüş keçiriblər.
AZƏRTACÖzbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif layihələrin həyata keçirilməsi məsələləri ətraflı müzakirə edilib.
Qeyd olunub ki, Özbəkistan Prezidentinin 2017-ci ildə Türkiyəyə rəsmi səfəri zamanı tərəflər 3,5 milyard dollar dəyərində 20 sənəd imzalayıb. Bu, son 18 ildə Özbəkistan Prezidentinin Türkiyəyə ilk səfəri olub.
Ötən ilin mayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri zamanı isə 3 milyard dollar həcmində sənədlər imzalanıb.
Görüşdə yaxın illərdə Özbəkistanla Türkiyə arasında ticarət mübadiləsini 5 milyard dollara çatdırılması ilə bağlı razılıq əldə edilib.
banner

Oxşar Xəbərlər