AZE | RUS | ENG |

Özbəkistanın Xalq Artisti Bakı teatrının səhnəsində

Özbəkistanın Xalq Artisti Bakı teatrının səhnəsində
Mayın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur” operası nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas partiyalardan biri - Manriko partiyasını Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov ifa edəcək.

Opera və Balet Teatrının keçmiş solisti, hazırda Manhyem (Almaniya) Milli Opera Teatrında çalışan həmyerlimiz, Xalq Artisti Əvəz Abdullayev isə Qraf di Luna rolunu ifa etmək üçün sənət ocağına dəvət olunub.

Səhnə əsərində digər rollarda Əməkdar Artist Afaq Abbasova, Nina Makarova və başqaları çıxış edəcək.

Tamaşanın dirijoru Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6932
GBP 1 İngilis funt sterlinqi 2.2726
TRY 1 Türk lirəsi 0.3716
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1941
EUR 1 Avro 1.9904
CHF 1 İsveçrə frankı 1.7119
USD 1 ABŞ dolları 1.7000