• çərşənbə axşamı, 16 aprel, 13:03
  • Baku Bakı 19°C

Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub

01.12.19 16:30 830
Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub
TÜRKSOY Daimi Şurasının Qırğızıstanın Oş şəhərində keçirilən 37-ci iclasında Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub.
AZƏRTACQırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Oş şəhərinin meri Taalaybek Sarıbaşev, təşkilata üzv olan dövlətlərin mədəniyyət nazirləri və nazir müavinləri iştirak ediblər.
Azərbaycanı bu tədbirdə Mədəniyyət nazirinin müavini Rafiq Bayramov təmsil edib.
Özbəkistan Mədəniyyət nazirinin müavini Kamola Akilova deyib ki, qədim Xivə Özbəkistanın incisi sayılan şəhərlərin sırasına daxildir. Xivə nə vaxtsa Xarəzm xanlığının mərkəzi olub və hazırda şəhər öz qədim tarixi simasını saxlayıb.

banner

Oxşar Xəbərlər