• cümə axşamı, 25 aprel, 08:36
  • Baku Bakı 14°C

Özbəkistanın kultura.uz portalında maestro Niyazi haqqında məqalə yerləşdirilib

03.02.19 11:58 1151
Özbəkistanın kultura.uz portalında maestro Niyazi haqqında məqalə yerləşdirilib
Özbəkistanın kultura.uz portalında görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı Niyazi haqqında rus dilində məqalə yerləşdirilib.
AZƏRTACxəbər verir ki, məqalədə maestro Niyazinin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat yer alıb. Bildirilir ki, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyli Niyazinin əmisi olub. Niyazi uşaq vaxtınlarından musiqi aləmində böyüyüb. Onun atası da Azərbaycanın tanınmış bəstəkarı olub.
Məqalədə Niyazinin "Xosrov və Şirin” operası, "Çitra” baleti, "Rast” simfonik muğamı və digər əsərləri haqqında məlumat verilir. Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya dəstəyi ilə hazırlanıb.

banner

Oxşar Xəbərlər