• şənbə, 20 Aprel, 11:19
  • Baku Bakı 14°C

Özbəkistanın Azərbaycandakı Səfirliyində prezident seçkiləri ilə bağlı məntəqə yaradılıb

20.10.21 20:00 350
Özbəkistanın Azərbaycandakı Səfirliyində prezident seçkiləri ilə bağlı məntəqə yaradılıb
Özbəkistanın Azərbaycandakı Səfirliyində vətəndaşların prezident seçkilərində iştirakı üçün 27 nömrəli seçki məntəqəsi yaradılıb.
Kaspi.az Səfirliyə istinadən xəbər verir ki, seçkilər 24 oktyabr 2021-ci il, bazar günü saat 08:00-dan 20:00-dək keçiriləcək. Seçkilərdə iştirak etmək üçün Özbəkistan vətəndaşlarının səsvermə günü pasportu ilə səfirliyə gəlmələri lazımdır.
Diplomatik nümayəndəlik artıq konsulluq sənədləri və bu ölkədə yaşayan Özbəkistan vətəndaşlarının müraciətlərinə əsaslanaraq Azərbaycanda seçicilərin siyahısını tərtib edib. Seçki komissiyasının tərkibi də səfirliyin diplomatları və Azərbaycanda daimi yaşayan Özbəkistanın ayrı-ayrı vətəndaşları arasından təsdiq edilib. Belə ki, komissiyanın sədri Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanovdur.
Ən çox seçici Bakı, eləcə də Quba, Gəncə və Sumqayıt şəhərlərində yaşayır, lakin Azərbaycanın digər bölgə və şəhərlərində yaşayan seçicilərin də seçkilərdə iştirak edəcəyi gözlənilir.
Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən siyasi partiyalardan 5 namizəd mübarizə aparır:
1) Özbəkistan Ekoloji Partiyasından - Narzullo Naimoviç Oblomuradov;
2) Özbəkistan Xalq-Demokratik Partiyasından - Maqsudə Əzizovna Varisova;
3) Sahibkarlar və İş Adamları Hərəkatından - Özbəkistan Liberal-Demokrat Partiyasından - Şövkət Miromonoviç Mirziyoyev;
4) Özbəkistan "Milli Tiklanış" Demokratik Partiyasından - Əlişir Gəldieviç Kodirov;
5) Özbəkistan Sosial Demokrat Partiyasından "Adolat - Bəhrom Əbdürrəhimoviç Əbduxalimov.
Bakıdakı səfirlikdə təşkil edilən seçkilərdə Özbəkistan vətəndaşlarının iştirakı ilə bağlı ətraflı məlumat almaq üçün +994124972549 nömrəsinə zəng etmək xahiş olunur.
banner

Oxşar Xəbərlər