• cümə axşamı, 28 mart, 16:40
  • Baku Bakı 16°C

Özbəkistanda seçicilərin 50%-dən çoxu səs verib

24.10.21 15:20 209
Özbəkistanda seçicilərin 50%-dən çoxu səs verib
Özbəkistanda prezident seçkilərində səsvermə əhalinin yüksək fəallığı ilə keçirilir.
"Report"xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat mərkəzinin rəhbəri Caloliddin Usmanov məlumat verib.
Onun sözlərinə görə, yerli vaxtla saat 13:00-a artıq seçicilərin 50%-dən çoxu səs verib.
Beləliklə, 10 milyon 462 min 575 nəfər və ya seçicilərin 52,7%-i öz səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov, Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova, Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, Özbəkistanın "Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov, Özbəkistanın "Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.
Seçkilərin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.
banner

Oxşar Xəbərlər