• cümə axşamı, 28 mart, 20:15
  • Baku Bakı 13°C

Özbəkistanda prezident seçkilərində səsvermə başa çatıb

24.10.21 19:42 260
Özbəkistanda prezident seçkilərində səsvermə başa çatıb
Özbəkistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.
Kaspi.az-ın Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, seçki məntəqələri yeri vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 19:00) fəaliyyətini dayandırıb.
Səsvermə prosesi 10 761 seçki məntəqəsində həyata keçirilib. Vahid seçici siyahısında 19,8 milyon seçici qeydə alınıb.
Qeyd edək ki, seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov, Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova, Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, Özbəkistanın "Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov, Özbəkistanın "Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.
Seçkilərin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.
Seçki prosesini MDB, MDB Parlament Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, YUNESKO və digər ölkələrdən 1 000-ə yaxın beynəlxalq müşahidəçi, həmçinin 41 ölkədən 268 nümayəndə izləyir. Seçkiləri işıqlandırmaq üçün 116 xarici və 1,5 minə yaxın yerli jurnalist akkreditə olunub.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər